Cəld domain axtarışı

Cəld domain axtarışı üçün məsləhətli sayt. Bu saytda istədiyiniz adı yazırsnız və o canlı olaraq bir neçə zonada axtarış edir və adın istifadə olub, olmadığını göstərir. Əgər domain artıq qeydiyyatdan keçməyibsə, o adı hansı yerlərdən və hansı qiymətə almağınıza məsləhət verəcək.

__http://www.pcnames.com/

XAMPP-da Apache işə düşmürsə

Bir neçə dəfə bu tip problemlə rastlaşsam da, səbəbi dəqiqləşdirmək cəhdi etməmişəm. Deməli iş burasındadır ki, bəzən XAMPP ı işə salanda Apache işə başlamaq istəmirdi. Bunun üçün  xampp -> apache -> logs qovluğunda error.log faylını açdım. Zamana görə səhvlər haqqında məlumatlar var orada. Sonuncu səhv haqqında məlumat belə idi.

Continue reading

PHP CMS də fayl strukturu


Bu gün yeni başlayanlar üçün PHP CMS və ya kiçik scriptlərdə fayl strukturundan, URL la idarəetmədən danışmaq istərdim. Bəzi saytlarda fikir versəniz, hər bir səhifə üçün ayrıca .php fayl yaradılır. Məsələn: index.php (Ana səhifə), contact.php ( Əlaqə səhifəsi ), post.php ( Xəbər səhifəsi ), qonaq_kitabi.php və s. və ilaxır. Bu cür sistemi düzgün saymıram. Bir neçə səbəb var. Əsaslarını sadalayacam:

Continue reading

Bakcell: “Doğsan, gün ərzində müraciət et” deyir?


Bu birinci dəfə deyil, Bakcell-in saytında neçənci dəfədir bu tip səhvlərə rast gəlirəm. Amma bu dəfə daha maraqlı yazılmışdı.
Təxmini cümləni yarımçıq və onların səhvi ilə oxusaq:
” lotereyanın bitdiyi tarixdən etibarən 90 (doğsan) iş günü ərzində Bakcell Müştəri Xidmətlərinə və ya Bakcellim-lərə öz şəxsiyyət vəsiqələri ilə təqdim etməlidir.”

Yazıda işlənən sözlərə görə üzr istəyirəm oxuculardan. Bu yalnız bu tip tanınmış şirkətlərə Azərbaycan dilinə hörmətə çağırışdır.

Bu də səhifə: http://bakcell.com/az/service/59/alib-yoxla-tapib-topla

P.S. Bu gün ( 11 Mart 2011 ) baxdım ki, “doğsan” əvəz edilib “doxsan” ilə.

Həvəskardan həvəskarlara məsləhət ( 2ci hissə )

Yeni başlayanlara PHP dən kiçik məsləhətlər

Yeni başlayanlara PHP dən kiçik məsləhətlər


6) Çalışın funksiya və ya metod yazarkan echo verməsin. return ilə dəyişən qaytarın. Sabah bu qayıdan dəyişəni “echo” etməmiş onun üzərində müəyyən əməliyyatlar apara bilərsiniz. Həmçinin funksiyanın “return” etməsi “echo” əvəzinə yaxşı proqramlaşdırma stili sayılır. Bəzən yeni başlayanlarda sual doğurur, ” return ilə 1 dəyişən qaytarmaq olur, bəs necə edək?”. Cavablandırıram:
Continue reading