Bu günki Google Doodle-un 1ci hissəsini keçdim. Deyəsən 2ci robot 2ci hissənin başlanğıcı üçündür.
Category Archives: Ümumi
Adəmin Cənnətdən qovulmasına səbəb olan ağac
Daim eşitmişik ki, Adəmin cənnətdən qovulmasına səbəb alma ağacından meyvə yeməsi ( bəzi versiyalarda isə buğda yeməsi) olub. Ancaq Quran-da bu ağacın, bitkinin adı yazılmayıbsa, bunu kimlər özündən uydurdu?! Quranda yazılıb:
Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.
Tərcümə: Əlixan Musayev 2:35
Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bəyəndiyiniz yerlərdə yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olar-sınız”.
Tərcümə: Əlixan Musayev 7:19
Beləliklə, (şeytan) onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara (belə) müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?”
Tərcümə: Əlixan Musayev 7:22
Gördüyünüz kimi nə bu suradə, nə də digər suralərdə ağacın adı çəkilmir.
Enzo Siffredi & Jfth Feat. The Allstars – Jungle Dancing [Official Video]
Enzo Siffredi & Jfth Feat. The Allstars – Jungle Dancing [Official Video]
Show if{} ( Proqrammistlərin işi asanlaşsın )
SQL IN operatoru
SQL IN operatoru WHERE formulasında bir neçə qiymət seçmək imkanı verir.
SELECT column_name(s) FROM table_name WHERE column_name IN (value1,value2,...)
Ətraflı burada http://www.w3schools.com/sql/sql_in.asp
Gəzintinin xeyri
XAMPP-da Apache işə düşmürsə
Bir neçə dəfə bu tip problemlə rastlaşsam da, səbəbi dəqiqləşdirmək cəhdi etməmişəm. Deməli iş burasındadır ki, bəzən XAMPP ı işə salanda Apache işə başlamaq istəmirdi. Bunun üçün xampp -> apache -> logs qovluğunda error.log faylını açdım. Zamana görə səhvlər haqqında məlumatlar var orada. Sonuncu səhv haqqında məlumat belə idi.
Nə üçün PHP simvolu olaraq fil seçilib?

Yəqin bir çoxlarınız üzərində PHP yazılmış fil şəkilinə internetdə rast gəlmisiniz. Perl-in simvolu dəvə olduğu kimi, PHP proqramlaşdırma dilinin də simvolu fildir. Bu filin “necə yarandığı” maraqlıdır sizə?
Continue reading
HTML 5 üçün yeni logo

HTML 5 üçün W3C-nin dəstəyi ilə yeni və HTML5 i xarakterizə edən simvolika ilə loqotipi hazırlanıb. Bu səhifə özü də HTML5-də hazırlanıb.
Bakcell: “Doğsan, gün ərzində müraciət et” deyir?

Bu birinci dəfə deyil, Bakcell-in saytında neçənci dəfədir bu tip səhvlərə rast gəlirəm. Amma bu dəfə daha maraqlı yazılmışdı.
Təxmini cümləni yarımçıq və onların səhvi ilə oxusaq:
” lotereyanın bitdiyi tarixdən etibarən 90 (doğsan) iş günü ərzində Bakcell Müştəri Xidmətlərinə və ya Bakcellim-lərə öz şəxsiyyət vəsiqələri ilə təqdim etməlidir.”
Yazıda işlənən sözlərə görə üzr istəyirəm oxuculardan. Bu yalnız bu tip tanınmış şirkətlərə Azərbaycan dilinə hörmətə çağırışdır.
Bu də səhifə: http://bakcell.com/az/service/59/alib-yoxla-tapib-topla
P.S. Bu gün ( 11 Mart 2011 ) baxdım ki, “doğsan” əvəz edilib “doxsan” ilə.



