
HTML 5 üçün W3C-nin dəstəyi ilə yeni və HTML5 i xarakterizə edən simvolika ilə loqotipi hazırlanıb. Bu səhifə özü də HTML5-də hazırlanıb.
Category Archives: Dizayn, CSS, HTML
Elastik textarea (jQuery Plugin)
Bir neçə proyektəd işlətdiyim bir jquery pluginlə sizi tanış etmək istərdim. Bəlkə sizə də iş prosessində lazım oldu və ya mövzunu oxuyandan sonra istifadə etməyə başladınız.
HTML formalarda “label” teqinin əsl işlənmə səbəbi
FireBug 1.6

FireFox üçün veb masterlər üçün əvəzedilməz FireBug uzantısı yeniləndi. İndi dizayndan əlavə, bir neçə yeni funksionallıq da var. Yeniliklər haqqında burada oxuya bilərsiniz.
Continue reading
Crossbrowser -css last child selector
Bu gün bir daha “rebus” la rastlaşdım. Dizayn səliqəli görsənsin deyə 1 sırada sonuncu blokun sağ kənarını “aradan götürmək” lazım idi. Belə ki, yanaşı 4 blok düzülüb. Hər birinin kənarlarından yalnız sağ tərəf 1px -ə malikdir, qalan kənarlar 0 – dır. Amma sonuncu blokda sağ kənar səhifənin kənarına çox yaxın olduğundan ikiqat kənar xətt yaranırdı, ona görə düzəliş etmək lazım gəldi. ( 1ci şəkilə sağ tərəfə diqqət yetirin, yanaşı 2 xətt var. Biri uzun, kontent blokunun ümumi kənarı, biri isə yanaşı blokun sağ kənarı: qısa ) . Ardında bütün brouzerlərdə bu artıq xəttin ləğvi üsulu.
CSS ilə kölgə effekti
Bu gün mobiland.az-ın yeni versiyasının dizaynında lazım oldu ki, müəyyən bloka kölgə effekti verim. Bu effekti bütün brouzerlərin dəstəkləməsi yaxşı olardı. Nəhayət internetdə belə bir css kod parçası tapdım. İnternet Explorer 6 dan başqa bütün brouzerlərdə düzgün işlədi:
Continue reading
Crossbrowser xaklar
Mövzunun ardında müxtəlif brouzerlərdə css əməliyyatları var. Məsələn, sizə lazımdır ki, yalnız İE6 brouzeri oxusun müəyyən css kodu və ya safari və ya opera brouzeri. Bunun bir çox yolları var. Bu kodlar mövzunun sonunda qeyd etdiyim saytdandır. Kopyalamağımın səbəbi odur ki, heç vaxt digər saytlara ümid etmək olmur. Bəzən bağlanır, bəzən silinir mövzu. Mənbə göstərilib. Yeni xaklar əlavə olundu.
Continue reading
Internet Explorer-də “double margin” problemi
Bir çoxlarınız (əlbəttə ki veb adamlarını nəzərdə tuturam ) internet explorer adı gələndə limon adı eşitmiş kimi ağzınızı turşudursunuz. Yaxşı mənada yox ki, olsaydı “yeyərdim”. O mənada ki, yenə bu baş bəlasının adını çəkdilər. Nə etmək olar, köhnə də olsa razılaşmalıyıq ki, saytlarımızı google botlarından, rəqib saytların partizanlarından, düşmən gözlərindən , MTN işçilərindən , marslılardan başqa internet explorer 6 istifadəçiləri də gəzir. Onların da gözünü oxşamalıdır sayt. Ardında milyon ie6 problemindən 1-i və onun həlli.
Continue reading
WordPress 3.0.x versiyalar üçün mövzular

Yeri gəlmişkən hal hazırda bloqumda gördüyünüz mövzunu (theme) bu saytdan yükləmişəm. Deyəsən pulsuzdur, çünki yükləmə keçidləri var.
_http://wordpress3themes.com



