WinSetupFromUSB 1.0 Beta 7

Netbuk, xarab disk oxuduculu kompüter istifadəçiləri hər dəfə əməliyyat sistemini yenidən yazmaq istəyəndə çətinlik çəkirlər. Çünki məsələn XP əməliyyat sistemi iso obrazında diskdə var, ancaq bu diski oxutmağa kompüterdə yer yoxdur. O zaman, mənim daim köməyimə çatan proqramın adını sizlərlə bölüşmək istəyirəm: WinSetupFromUSB . Test edilib, problemsiz olaraq obrazı flash karta köçürdürflash kart bootdan oxuna bilən olur.

Continue reading

Adəmin Cənnətdən qovulmasına səbəb olan ağac

Daim eşitmişik ki, Adəmin cənnətdən qovulmasına səbəb alma ağacından meyvə yeməsi ( bəzi versiyalarda isə buğda yeməsi) olub. Ancaq Quran-da bu ağacın, bitkinin adı yazılmayıbsa, bunu kimlər özündən uydurdu?! Quranda yazılıb:

Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.

Tərcümə: Əlixan Musayev 2:35

Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bəyəndiyiniz yerlərdə yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olar-sınız”.
Tərcümə: Əlixan Musayev 7:19

Beləliklə, (şeytan) onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara (belə) müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?”
Tərcümə: Əlixan Musayev 7:22

Gördüyünüz kimi nə bu suradə, nə də digər suralərdə ağacın adı çəkilmir.