Ağlama! Gözlərini yaş örtəcək, baş verənləri görməyəcəksən.
Ağlama! Əllərin gözlərini qapayacaq, əllərim nəvazişsiz qalacaq!
Ağlama! Hönkürtün səsləri boğacaq, sevdiyimi eşidə bilməyəcəksən!
Ağlama!
….
Dəyişdim fikrimi, ağla, qəlbin yüngülləşsin. Göz yaşlarınla küskünlük çıxsın ürəkdən. Ağla ki, Qəlbindən yox olan kədərin yerini mənim sevgim doldursun!
….
Ehh!! Bəs edər, ağlama!!
Ağlama! Gözlərini yaş örtəcək, baş verənləri görməyəcəksən.
Gül ki, qəlbində sevgimlə sevincin qovuşsun! Gül ki, buludlar Günəşin önündən çəkilsin.. Gül ki… Təbəssüm sənə yaraşır!

Azerifire indi də şer proqramlaşdırırsan?